İSTİ-İSTİ

Postmodern aktyorluq və psixo-terapiya

İnformasiya artdıqca insan həyatı daha da stersli olur. Həyat insanı məsuliyyətlərlə yükləyir. Günün sonunda bu sterslərdən uzaqlaşmaq, emosiya və hislərini doya-doya yaşamağı kim istəməzki? Bəli, səhnə insanların emosiya və hislərini maksimum yaşadıqları yerdir. Doyunca ağlamaq, dəli kimi qışqırmaq və yaxud ürəkdən ən eybəcər şəkildə gülmək! Bunları səhnədə yaşamaq mümkündür. Real həyatda insanlar komplekslərinə görə emosiya və hislərini rahat yaşaya bilmirlər.

İnsanların kompleks səbəbləri dəyişdiyi kimi onlara yanaşma da dəyişir. Ümumiyyətlə komplekslər insanın indiki və gələcək uğurlarına mənfi təsir edir. Misal, danışmalı olduğu yerdə sırf utancaqlıq səbəbindən susması onu böyük uğurdan məhrum edə bilər. Və ya həyəcana görə mühüm bir görüşdə çox aşağı performans göstərərək bəlkə də insan həyatının şansını əlindən qaçırmış olur. Komplekslər insanın özünü ifadə etməsinə bir başa maneə yaradır.

Cəmiyyətdə kompleksin insan həyatına necə mənfi təsir etdiyini əyani olaraq müşahidə etmək mümkündür. Savadlı bir həkim sırf kamera kompleksinə görə peşəsinin bir küncünə qısılıb qalır. Və ya auditoriya kompleksinə görə layihəsinə effektli təqdimat edə bilməyən bir şəxs uğursuzluğu ilə barışmalı olur. Komplekslər biznesin inkişafı və satışın həyata keçməsinə də bir başa maneədir.

Xüsusilə ölkəmizdə insanların böyük əksəriyyətində komplekslər mövcuddur. Bu, böyüdüyü mühitdən və stereotiplərdən qaynaqlanır. Hətta insan çox vaxt kompleksli olmasını da kompleks edərək gizlədir. Halbuki problemi gizlətməklə aradan qalxmır. Əksinə daha da qüvvətlənərək sosial fobiyaya qədər gedib çıxa bilər.

Bunlarla qarşılaşmamaq və lazımsız komplekslərdən azad olmaq üçün “Aktyorluq Terapiyası” çox effektlidir. “Aktyorluq Terapiyası” ilk dəfə Azərbaycanda, sosial-psixoloq, kinorejissor Zaur Tahirsoy tərəfindən “Postmodern Aktyorluq Sistemi” kitabının araşdırmaları zamanı proqramlaşdırılaraq Azərbaycan Film Akademiyasında terapiya kimi icra edilir.

Aktyorluq Terapiyası” sosial-psixoloq, kinorejissor Zaur Tahirsoy tərəfindən aparılır. Terapiya müddəti 3 ayı əhatə edir.

Haqqında muxbir

Bunlara da bax

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.