İSTİ-İSTİ

Bakıda şadlıq sarayından 10 minlik oğurluq edilib

Bakıda şadlıq sarayından oğurluq edilib.

Muxbir.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon ərazisindəki şadlıq saraylarının birindən 10000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A. Abbasov saxlanılıblar. Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.

Haqqında muxbir.az

Bunlara da bax

Keyfiyyətsiz kürüləri qablaşdıraraq satan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə …