İSTİ-İSTİ

Yaşayış minimumu haqqında qanun imzalandı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb.

Muxbir.az xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Haqqında muxbir.az

Bunlara da bax

İşsizlərə 110 manat yardım veriləcək? – Açıqlama

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat …