İSTİ-İSTİ

Vüqar Bayramov: “Azad olunmuş ərazilərdə yeni iş yerləri yaradılacaq”

“Yuxarı Qarabağ və Kəlbəcər Laçın iqtisadi rayonlarının iqtisadi potensialı, o cümlədən ölkə üzrə ümumi daxili məhsudakı potensial payının qiymətləndirilməsi göstərir ki, bərpa prosesindən sonra həmin rayonlarımızda iqtisadiyyatın 8 dəfə artması mümkündür”.

Muxbir.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu bir tərəfdən ona imkan verir ki, həmin rayonlarımızın iqtisadiyyatı sürətli şəkildə artısn və inkiaf etsin: “İşğaldan azad edilmiş ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Kifayət qədər çox infrastruktur layihələri həyata keçiriləcək və bu layihələr Azərbaycan vətəndaşlarının işlə təminatına müsbət təsir göstərəck. Eyni zamanda, həmin ərazilərdə iqtisadiyyatn inkişafı yeni iş yerlərinin yaranması deməkdir”.

Haqqında muxbir.az

Bunlara da bax

İşsizlərə 110 manat yardım veriləcək? – Açıqlama

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir