İSTİ-İSTİ

“Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur” – Akif Qurbanov

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı vaksinləri istifadə etməkdən çəkinən insanlara müraciət edib.

Muxbir.Az bildirir ki, A.Qurbanov trend-ə deyib ki, istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol vaksindir:

“Bizim hər birimiz uşaq olarkən qızılca, difteriya və s. xəstəliklərə görə peyvənd edilmişik. Qızılca əleyhinə vaksinlərin tərkibində zəiflədilmiş qızılca virusları var. Vərəm əleyhinə vaksinlər bizə hələ doğum evində ikən – həyatımızın birinci həftəsində vurulur. COVİD-19-a qarşı olan vaksinlərin tərkibində isə öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var”.

A.Qurbanov əlavə edib ki, bu vaksinlərin heç biri orqanizmdə virusa bərabər olmur. Sadəcə olaraq, vaksin vurulduqdan sonra virusa qarşı qoruyucu müdafiə immuniteti – antitel və ya anticisimlər yaranır. Bu anittellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirilir və insanları virusdan qoruyur.

Haqqında muxbir.az

Bunlara da bax

Şabalıdın möcüzəvi — Faydaları

Qış aylarında daha çox yeyilən qərzəkli meyvələr qrupuna daxil olan şabalıdın bilmədiyimiz bir çox faydası …