Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Muxbir.az xəbər verir ki, iclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.
Ardı »Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna mətbuat katibi təyin edilib
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) mətbuat katibi vəzifəsinə təyinat olub. Muxbir.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumata görə, sözügedən vəzifə Emil Bayramova həvalə edilib. O, bundan əvvəl Gənclər Fonduna məxsus “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin təlim-tədris üzrə baş mütəxəssis olub və yeni vəzifəsində Fuad Hüseynəliyevi əvəz edib.
Ardı »