İSTİ-İSTİ

Soyuqdəymənin qarşısını necə almaq olar?

Soyuqdəymə havaların soyuması zamanı aşağıdakı əlamətlərlə özünü biruzə verir:


– burun tutulması
– burun axması
– asqırma
– öskürmə
– üşütmə, bəzən qızdırma.


Muxbir.az xəbər verir ki, soyuqdəymə zamanı infeksiya və bakteriyalara heç bir antibiotik təsir etmir. Ancaq bəzi təbii vasitələrlə xəstəliyin əlamətlərini azaltmaq və sağalmanı tezləşdirmək mümkündür. Bu vasitələrə aşağıdakılar aiddir:


* Stresi azaltmaq, sinir sistemini sakit saxlamağa çalışmaq, istirahətə üstünlük vermək.
* İmmuniteti artırmağa çalışmaq və sağalmağa inanmaq.
* Bədəni isti saxlamaq, tərləməyə üstünlük vermək.
* Qan dövranını sürətləndirmək üçün qısa müddət də olsa piyada gəzmək.
* Qidalanmaya diqqət yetirmək, rahat həzm olunan qidalar qəbul etmək.
* Az yağlı qidalarla qidalanmaq və bol meyvə yemək.
* Soyuqdəymə əleyhinə bitki çaylarından istifadə etmək.
* Toyuq şorbası içmək. Toyuq şorbasının burundakı tutulmaların açılmasına səbəb olduğu dəfələrlə sübut olunub.
* Bol-bol su içmək orqanizmdən soyuqlama əlamətlərinin azalmasına səbəb olur.
* Su buxarıyla otağı nəmləndirmək soyuqdəymə zamanı çox faydalıdır.
* Duzlu su ilə burunu təmizləmək burundakı ödemin azalmasına və burundakı tutulma əlamətinin aradan qalxmasına səbəb olur.
* Vitamin C qəbul etmək. Vitamin C öskürmə, asqırma və soyuqdəymə əlamətlərinin azalmasına səbəb olur.
* İsti geyinmək və tez-tez havası dəyişən isti otaqda yatmaq.
* İsti vanna qəbul etmək (qızdırmanı yoxladıqdan sonra).

Haqqında muxbir.az

Bunlara da bax

“Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur” – Akif Qurbanov

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir