İSTİ-İSTİ

Putin: “Qarabağla bağlı razılaşma ardıcıl olaraq həyata keçirilir”

“Sərhəd xəttinin müəyyənləşdirilməsi kimi nizamlama üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır”.

Muxbir.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Rusiya prezidenti Əliyev və Paşinyana Qarabağı müzakirə etmək üçün Moskvaya gəldiklərinə görə təşəkkürünü bildirib və Rusiyanın Bakı və İrəvanla tərəfdaşlığı və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.

O, Qarabağda uzun müddətdir davam edən münaqişənin hərtərəfli həlli üçün ilkin şərtlərin yaradıldığını qeyd edib.

“Bu gün Qarabağda sülhməramlılar, sərhəd xəttinin müəyyənləşdirilməsi kimi nizamlama üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır”, – o deyib.(report)

Haqqında muxbir.az

Bunlara da bax

NATO Avropanın şərqində 40 min hərbçi cəmləşdirib

NATO Rusiyanın artan hərbi fəallığı ilə əlaqədar olaraq şərq sərhədlərində hərbi qüvvələrin tammiqyaslı yerləşdirilməsi planlarını hazırlayır.