İSTİ-İSTİ

Pandemiya ən çox kimlərin maaşına təsir edib?

Koronavirus pandemiyası dünya ölkələrinin üçdə ikisində əməkhaqqıların azalmasına səbəb olub. Məvaciblər ya azalıb, ya da əvvəlkindən daha yavaş templə artıb.

Muxbir.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, böhran ən çox qadınların və az maaş alan işçilərin məvacibinə təsir edib.

“COVID-19 pandemiyası səbəbindən bərabərsizliyin artması bütün dünya üzrə yoxsulluğa gətirib çıxarma təhlükəsi yaradır. Vətəndaşların məşğulluğunu qorumaq üçün effektli tədbirlər görülən ölkələrdə böhran maaşların azalması ilə ifadə edilib. Kütləvi ixtisarlar olmayıb”, – hesabatda deyilir.

Sənəddə həmçinin bildirilir ki, ölkə hökumətləri subsidiyalar ayırmasaydı, orta əməkhaqqı 6,5% azalacaqdı. Lakin dövlət tərəfindən verilən yardım bu məbləğin yalnız 40%-ni ödəyib.(apa)

Haqqında muxbir.az

Bunlara da bax

İşsizlərə 110 manat yardım veriləcək? – Açıqlama

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir