İSTİ-İSTİ

“Mutasiyaya uğramış koronavirus nəzarətdən çıxıb” – Britaniyanın səhiyyə naziri

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok mutasiyaya uğramış koronavirus növünün nəzarətdən çıxdığını və vəziyyətin ciddi olduğunu deyib.

Muxbir.az xəbər verir ki, səhiyyə naziri koronavirusa yoluxanların sayının sürətlə artdığını, normal vəziyyətə qayıtmaq üçün hələ çox vaxta ehtiyac olduğunu bildirib.

O, insanları Milad bayramına yaxın gücləndirilmiş karantin qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, son sutka ərzində Britaniyada koronavirusa yoluxma hallarının sayı 35,9 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstərici hesab olunur.(apa)

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …