İSTİ-İSTİ

Məşhur teleaparıcı koronavirusa yoluxdu

Məşhur amerikalı teleaparıcı Larri Kinq koronavirusa yoluxub.

Mixbir.az-ın məlumatına görə, aparıcı təcili şəkildə xəstəxanaya yerləşdirilib. COVİD testi pozitiv çıxan 87 yaşlı Larri Los-Anceles xəstəxanasında müalicə alır.

Ona hətta ən yaxınları ilə belə görüşməyə icazə verməyiblər.

Karyerası boyunca siyasətçilər, idmançılar, şou biznes nümayəndələri, iqtisadiyyatçılar və digər məşhur adamlarla 50 mindən çox müsahibə hazırlayan Kinqin şousu “Ginnesin rekordlar kitabı”na düşüb.

Qeyd edək ki, Larri Kinq 2017-ci ildə ağciyər xərçənginə tutulub. 2019-cu ildə anjioplastika əməliyyatı keçirib. 2020-ci ildə isə aparıcı insult keçirib.

Haqqında muxbir.az

Bunlara da bax

Ülvi Quliyev: “Şuşa yenidən Azərbaycan mədəniyyətinin beşiyinə çevriləcək”

“2021-ci il yalnız işğaldan azad olunan ərazilərimizin bərpası və yenidənqurulması prosesinin başlaması ilə yadda qalmayacaq, …