İSTİ-İSTİ

“Gəlir yerlərini itirmiş 600 min vətəndaşa 120 milyona yaxın vəsait ayrılacaq”

“Pandemiya ili ağır oldu və ilin əvvəlində hökumət tərəfindən sosial sahəyə dair xüsusi paket qəbul olunub. Bu, ümumilikdə 12 sosial tədbiri özündə ehtiva edirdi”.

Muxbir.az-ın məlumatına görə, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu məqsədlə ilkin olaraq 600 milyon manat ayrılmışdı: “Bu, çox geniş miqyaslı paket oldu və ölkənin təqribən 48 faizini əhatə edib. Amma bilirik ki, pandemiya dalğavari cərəyan edir və hazırda yenidən sərtləşdirilmiş karantin rejimindəyik. Yenidən gəlir yerlərini itirmiş 600 min vətəndaşa əlavə olaraq 120 milyona yaxın vəsait ayrılacaq ki, onlara birdəfəlik müavinətlər ödənilsin”.(apa)

Haqqında muxbir.az

Bunlara da bax

İşsizlərə 110 manat yardım veriləcək? – Açıqlama

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat …