İSTİ-İSTİ

Deputat: “Koronavirus testlərinin qiyməti aşağı salınmalıdır”

“Azərbaycanda testlərin qiyməti MDB-yə üzv ölkələrin xeyli hissəsindən yüksəkdir”.

Muxbir.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki,  bir sistem yaradanda 17-32 manat etməlidir:

“ Ekspress testləri isə 20-23 manata etmək olar. Bu kimi təcrübələrdən istifadə edə bilərik”.

Koronavirusla mübarizə tədbirləri başlanandan andan Milli Məclis prosesdə fəal iştirak edib”.

Əli Məsimli  Milli Məclisin koronavirusla mübarizə tədbirləri başlayandan prosesdə fəal iştirak etdiyini də qeyd edib:

“Pulsuz testlər, xəstəxanalarda yerlər, dərman çatışmazlığı ilə bağlı məsələlər cəmiyyətdə çoxsaylı suallar yaradır. Cəmiyyət tərəfindən müsbət qəbul olunan tibb sahəsindəki şəxslərin köməyi ilə aidiyyəti qurumları da cəlb etməklə Milli Məclisdə dinləmə keçirilsin”

Milli Məclisin sədri Sahibə Qafarova isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova müraciət edərək bildirib ki, ehtiyac olsa, belə bir dinləmə keçirilsin.

Haqqında muxbir.az

Bunlara da bax

İşsizlərə 110 manat yardım veriləcək? – Açıqlama

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat …