İSTİ-İSTİ

Deputat: “Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq”

Əmanətlərin yarısının sığortalanması gələcəkdə problemlərə səbəb olacaq.

Muxbir.az-ın xəbərinə görə, bu barədə bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, əmanətləri sığortalanmayan əmanətçilərin banklara etibarı qalmayacaq.

“Əmanətçi banklara güvənir və bu vəsaiti banka gətirir. Ancaq bu etibar olmasa, əmanətçilər vəsaiti çəkəcək və sandıqda saxlayacaq. Yenə də sərbəst pullar dövriyyəyə çıxmayacaq. Məsələn, bu gün ABŞ-da sərbəst pul yoxdur. Vətəndaşların əmanətləri hamısı banklardadır”, – deyə deputat vurğulayıb.(apa)

Haqqında muxbir.az

Bunlara da bax

Prezident: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

“Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox …