İSTİ-İSTİ

Bir qrup hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Muxbir.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayor, 47-si polkovnikdir.

Haqqında muxbir.az

Bunlara da bax

İlham Əliyev və Mehriban Əliyeva Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olublar

Şuşaya səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni …