İSTİ-İSTİ

Beyində alkoqol istehlakına nəzarət edən nahiyə tapıldı

ABŞ-ın Cənubi Karolina ştatında tibb fakültəsinin bir qrup tələbəsi yüksək alkoqol istehlakını tənzimləyən reseptorlar haqqında araşdırma aparıblar.

Muxbir.az xəbər verir ki, araşdırmanın nəticəsinə görə, beyindəki motivasiya və hisslərlə bağlı sahədə stress siqnalları ötürən sistemə təsir etməklə alkoqol istehlakını tənzimləmək mümkündür.

Belə ki, beyində stress zamanı siqnallar ötürən KORs reseptorunu deaktiv etməklə alkoqola olan ehtiyacı azaltmaq olar.

Qeyd edək ki, aşırı alkoqol istehlakı dedikdə alkoqolizmlə mübarizə sahəsində qəbul olunmuş normaya görə, iki saat ərzində alkoqoldan zəhərlənmə həddində istehlak nəzərdə tutulur.

Haqqında muxbir.az

Bunlara da bax

Eynşteynin bu cümləsi 1,56 milyon dollara satılıb

Albert Eynşteynin 1922-ci ildə xoşbəxtlik haqqında yazdığı cümlə auksionda 1.56 milyon dollara satılıb. Muxbir.az xəbər …