İSTİ-İSTİ

Bakı metrosunun “8 Noyabr” stansiyasının lövhəsi vurulub

“Bakı Metropoliteni” QSC-nin Bakı şəhəri, Ceyhun Səlimov küçəsində yerləşən yeni metrostansiyasına “8 Noyabr” lövhəsi vurulub.

Muxbir.az xəbər verir ki, bu barədə  qurumdan bildirilib.

Qeyd edək ki, “8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin)

Qeyd edək ki, başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən “Bənövşəyi xətt” bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq. Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.

Bu xəttin üzərində 12 stansiya olacağı nəzərdə tutulub. “Bənövşəyi xətt”in ilk stansiyası (şərti olaraq B-1) Bakı Beynəlxalq Avtovağzalında işə düşüb, sonrakı stansiya B-2 və ya “Memar Əcəmi-2” stansiyasıdır. Adından göründüyü kimi, bu stansiya keçid stansiyasıdır, yəni onun vasitəsilə «Bənövşəyi xətt»in sərnişinləri «Memar Əcəmi» stansiyası vasitəsilə hazırda mövcud olan «Dərnəgül – Xətai» xəttinə keçə bilərlər.

Haqqında muxbir.az

Bunlara da bax

Bakıda sərnişin avtobusları bayram günlərində işləyəcək

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə …