İSTİ-İSTİ

Azərbaycanda maskaya görə cərimələr artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Muxbir.az xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Haqqında muxbir.az

Bunlara da bax

Bu gün Lütfi Zadənin anadan olmasından 100 il ötür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum …