
Bir müddət əvvəl dünyasını dəyişən əfsanəvi futbolçu Mardonanın ölümü ilə bağlı yeni xəbərlər yayıldı. Onun qəsdən qətə yetirildiyi haqqında iddialar irəli sürüldü. Daha sonra polislər Maradonanın şəxsi həkimi Leopoldo Luquenin klinikasına basqın edərək axtarışlar etdi.
Muxbir.az bildirir ki, bununla bağlı İtaliya mətbuatına müsahibə verən futbolçunun oğlu Diego Armando Maradona Sinagra maraqlı açıqlamaları ilə yadda qalıb. Koronavirusa yoluxan Sinagra atasının ölümü ilə bağlı bunları deyib:
“Xəstəxanaya yerləşdirildiyim üçün son bir neçə gündür baş verənləri yaxından izləyə bilmirəm. Tənəffüs apartına bağlı idim nəfəs ala bilmirdim. Atamın ölümü ilə bağlı araşdırmalar hələ də davam edir. Qadaşımla məhkəmədə iştirak edəcəyik. Əgər atamın həyatına qəsd edilibsə buna səbəb olanlar mütləq cavab verəcəkələr”.