İSTİ-İSTİ

11 ayda Azərbaycanda 300 traktor istehsal olunub

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 300 traktor istehsal olunub ki, bu da illik ifadədə 64,8% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə noyabr ayında ölkədə 50 traktor konveyerdən buraxılıb. Bu, aylıq ifadədə 66,7% çoxdur. Dekabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı. İstehsal yalnız avqustda bərpa olunub.

Haqqında muxbir.az

Bunlara da bax

Prezident: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

“Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox …