İSTİ-İSTİ

“Əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır”

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.

Muxbir.az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.

Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb (Dekabrın 4-dək).(report)

Haqqında muxbir.az

Bunlara da bax

Prezident: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

“Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir