İSTİ-İSTİ

Əmanətlərin tam sığortalanması müddəti daha 4 ay artırılır

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.

Muxbir.az-ın məlumatına görə, bununla bağlı hazırlanmış qanun layihəsi artıq Milli Məclisə daxil olub.

Sənəddə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.(report)

Haqqında muxbir.az

Bunlara da bax

Bu gün Lütfi Zadənin anadan olmasından 100 il ötür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir