İSTİ-İSTİ

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 7 milyon manat ayrılıb – SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd edilir ki, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.13-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Haqqında muxbir

Bunlara da bax

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda ağacəkmə aksiyası keçirilib (FOTO/VİDEO)

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq Heydər Əliyev Mərkəzində açılan “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi çərçivəsində Şamaxı rayonunda ağacəkmə aksiyası keçirilib.