İSTİ-İSTİ

“Yeni ölümcül xəstəlik yaranacaq”

Konqolu professor, 1976-cı ildə Ebola virusunu aşkar edən alim Jan-Jak Muembe-Tamfum yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.

Muxbir.az xəbər verir ki, o, bu barədə CNN-ə müsahibə verib.

Alimin fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və müxtəlif xəstəliklərin patogenlərinin artmasına səbəb olur.

O, eyni zamanda bildirib ki, bu, gələcəkdə “böyük pandemiyaya” səbəb ola bilər. Jurnalistin “Ebola gələcəkdə COVID-19 kimi sürətlə yayıla bilərmi” sualına Muembe-Tamfum belə cavab verib:

“Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. Və bu da həyat üçün təhlükəlidir”.(oxu.az)

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …