İSTİ-İSTİ

Yaşayış minimumu haqqında qanun imzalandı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb.

Muxbir.az xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Haqqında muxbir.az

Bunlara da bax

Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı”nın icrası davam edir.