İSTİ-İSTİ

Yasamalda yol qəzasında iki nəfər yaralandı

Bu gecə paytaxt Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Muxbir.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1991-ci il təvəllüdlü Qocayev Təyyar Vidadi oğlu və 1989-cu il təvəllüdlü Əsədov Samir Feyruz oğlu xəsarət alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı T. Qocayeva qapalı kəllə-beyin travması, S. Əsədova isə döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Haqqında muxbir.az

Bunlara da bax

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan …