İSTİ-İSTİ

Xudayar Yusifzadənin adı idmançılar siyahısındadır

Gənclər və İdman Nazirliyi sistemindən Vətən müharibəsində iştirak edənlərin sayı açıqlanıb.

Muxbir.az-ın məlumatına görə, ümumilikdə 500 nəfər döyüşlərdə iştirak edib və onlardan 54-ü şəhidlik zirvəsinə ucalıb.

390 nəfər könüllü kimi qatılıbsa, 33-ü hərbi xidmətə çağırılıb. 67 nəfər yaralanıb, onlardan 51-nin müalicəsi müxtəlif tibb müəsissələlərində davam edir. 8 nəfər yaralandıqdan sonra cəbhəyə qayıdıb, bir o qədəri isə müalicə bitdikdən sonra evə buraxılıb.

4 idman jurnalisti döyüşlərdə iştirak edib. Ümumilikdə 2 nəfər itkin düşmüş hesab edilir.

Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləri iştirak ediblər.

Nazirlik sistemindəki şəhidlər arasında döyüşlərdə olduğu vaxt “Vətən yaxşıdır” mahnısını ifa edərək, məşhurlaşan gizir Xudayar Yusifzadənin də adı var. O, kikboksinq idman növü ilə məşğul olub.(report)

Haqqında muxbir.az

Bunlara da bax

Maradonanın muzeyi açılacaq

Ötən il noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın İtaliyanın Neapol şəhərində muzeyi açılacaq. …