İSTİ-İSTİ

Xarkov meri koronavirusdan vəfat etdi

Ukraynanın Xarkov şəhərinin meri Qennadi Kernes koronavirusdan vəfat edib.

Muxbir.az xəbər verir ki, bu barədə Ukrayna KİV orqanları məlumat yayıb. Qeyd olunub ki, şəhər meri bu gün “COVID- 19”dan həyatını itirib.

Məlumatı Kernesin dostu – iş adamı Pavel Fuks təsdiqləyib.Onun dəfn mərasimi gələn həftə baş tutacaq.

Xarkovda  Kernesin ölümü ilə əlaqədar üç günlük matəm elan edilib. 17, 18 və 19 dekabr tarixlərində Xarkov şəhərində idarəetmə, müəssisə və təşkilatların binalarında bayraqlar endiriləcək.

Qeyd edək ki, 61 yaşlı Kernes 10 il ərzində Ukraynanın ikinci böyük şəhərinə merlik edib.(qafqazinfo.az)

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …