İSTİ-İSTİ

Türkiyədə Yeni ildə küçəyə çıxmaq qadağan olunacaq

Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim qaydalarına uyğun olaraq yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq. 

Muxbir.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

Nazir deyib ki, 31 dekabr 2020-ci il və 1 yanvar 2021-ci il tarixlərində küçəyə çıxmaq məhdudiyyətindən əlavə, hökumətin həftəsonu 56 saat “evdə qalmaq” rejimi də qüvvədə olduğu üçün ümumilikdə 4 gün küçəyə çıxmaq müddəti Elm Qurumunun tövsiyələrinə uyğun olaraq müəyyənləşib.

“Bu müddətin artıb-azalacağı ilə bağlı qərar infeksiyanın yayılma tempinə uyğun olaraq gələn həftə veriləcək. Amma il sonunda küçəyə çıxmaq məhdudiyyəti mütləq tətbiq olunacaq”, – deyə F.Qoca bildirib.(modern.az)

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir