İSTİ-İSTİ

Türkiyə prezidenti: “Putin verdiyi sözə əməl edən adamdır”

“Rusiya prezidenti Vladimir Putin ilə tanış olandan indiyədək mən onu verdiyi sözə əməl edən şəxs kimi tanıyıram. İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir”.

Muxbir.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

“İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”, – Ərdoğan rusiyalı həmkarı haqqında danışarkən vurğulayıb.

R.T.Ərdoğan deyib ki, V.Putin sözbütöv və kişi adamdır.

Qeyd edək ki, Vladimir Putin Türkiyə prezidenti haqqında demişdi: “Rəcəb Tayyib Ərdoğan sözübütöv, kişi adamdır”.(report)

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …