İSTİ-İSTİ

Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın 46-cı prezidenti Donald Tramp Prezident seçkisinin qalibi olmuş Co Baydenin andiçmə mərasimində iştirak etməyəcək.

Muxbir.az-ın məlumatına görə, həmin gün o, Floridaya getməyi planlaşdırır. D. Tramp Floridada təşkil olunacaq böyük mitinqdə tərəfdarları qarşısında 2024-cü ildə keçiriləcək Prezident seçkisində namizəd olacağını elan edəcək.

Bununla da o, C. Baydenin vəzifəsinin icrasına başlaması ilə bağlı keçiriləcək rəsmi tədbirlərin heç birində iştirak etməyəcək.

Ağ evdən bu məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, demokratların namizədi Co Bayden yanvarın 20-də rəsmən vəzifəsinin icrasına başlayacaq. (apa)

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir