İSTİ-İSTİ

Tibbi maska taxanlar telefonu üzü vasitəsilə aça biləcək

Apple iOS 13.5 yenilənməsinə maska taxanların da FaceID ilə telefon açmasına icazə verən xüsusiyyət gəlib.

Muxbir.az ted.az-a istinadən bildirir ki, bu xüsusiyyət üzdən istifadə edərək telefon kilidini açmağa imkan verəcək. Şirkəti bu addımı atmağa koronavirus pandemiyasından sonra əksər insanların maska taxması və Face ID-dən imtina etməsi vadar edib. Artıq maskalı şəxslər də telefon kilidini asanlıqla aça biləcəklər.

Yeni funksiya istifadəçinin maska taxıb-taxmadığını müəyyənləşdirəcək. Maskasız şəxslər telefon kilidini üz vasitəsilə aça biləcəklər. Maska taxanlar üçün isə xüsusi parol veriləcək və həmin şifrəni daxil edərək kilidi açmaq mümkün olacaq.

Haqqında muxbir.az

Bunlara da bax

Qeyri-adi dizayna malik smartfon satışa çıxarılıb

“Aolon” şirkəti “AliExpress” platformasında qeyri-adi bir smartfon satışa çıxarıb. Muxbir.az xəbər verir ki, istehsalçı “Aolon …