İSTİ-İSTİ

Arxiv etiketləri:Karantin

Gürcüstanda karantin rejiminin müddəti uzadılıb

“Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər fevralın 1-dək qüvvədə saxlanılacaq”. Muxbir.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava brifinqdə bildirib. Onun sözlərinə görə, həmin tarixədək biznes sektoru və nəqliyyatın fəaliyyətinin təhlükəsiz şəraitdə bərpası ilə bağlı görüşlər keçiriləcək. Nazir qeyd edib ki, səhiyyə sektoru və …

Ardı »

Yunanıstanda karantin qaydaları yenidən sərtləşdirildi

Yunanıstanda mürəkkəb epidemioloji vəziyyətə görə ölkə daxilində karantin yanvarın 11-dək uzadılıb. Muxbir.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb. Beləliklə, Yeni il ərəfəsində yumşaldılmış məhdudiyyətlər yenidən sərtləşdirilir, bərbərxanalar, kitab mağazaları, həmçinin, kilsələr bağlanır, komendant saatı bir saat artırılır (axşam 09:00-dan səhər 05:00-dək).

Ardı »

Epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələr artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb Muxbir.az xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb. Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə …

Ardı »

2021-ci ilin bu günlərində Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib. Muxbir.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai …

Ardı »

Bu gündən Bakıya və 16 şəhər-rayona giriş-çıxış dayandırıldı

Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarına giriş-çıxış dayandırılıb. Muxbir.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də qərar imzalayıb. Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Ərazilərin …

Ardı »

Azərbaycanda koronavirusla əlaqədar yeni qadağalar tətbiq olundu

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib. Muxbir.az-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. Bu gündən 18 yanvar saat 00:00-dək bütün …

Ardı »

Sərt karantin rejimində fəaliyyətinə icazə verilən SAHƏLƏR

Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını açıqlayıb. Muxbir.az həmin siyahını təqdim edir: 1. Səhiyyə və sosial xidmət sahələri üzrə:1.1. elmi-tədqiqat və laborator xidmətləri;1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;1.3. baytarlıq xidmətləri;1.4. tibbi avadanlıqların, dərmanların və tibbi …

Ardı »

Restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılır

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Muxbir.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti …

Ardı »

Bakıya və 16 şəhər-rayona giriş-çıxış dayandırılır

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, …

Ardı »

Bakı metrosu yanvarın 31-dək işləməyəcək

“Bakı Metropoliteni” QSC-də sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-a qədər uzadılır. Muxbir.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir. Qərarda həmçinin deyilir ki, 31 yanvar saat 06:00-a qədər bütün ölkə ərazisində şənbə və bazar günləri …

Ardı »