İSTİ-İSTİ

Arxiv etiketləri:Futbol

Marotta “İnter”in qış planlarından danışdı

“İnter”in direktoru Cüzeppe Marotta Milan təmsilçisinin bu qış transferlərə böyük pullar xərcləməyəcəyini açıqlayıb. Muxbir.az xəbər verir ki, “Sky Sport Italia” onun söylədiklərini belə çatdırıb: “İnter” xərcləri və gəlirləri arasındakı balansı qorumaqda qərarlıdır. Yanvarda böyük pullar xərcləmək haqda düşünmürük. İndi bütün klublar pandemiya ilə mübarizə aparır. Gördüyünüz kimi, indi başqaları da maliyyə …

Ardı »

“Traktor” Asiyanın ən populyar klubu oldu

Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik “Traktor” Asiyanın ən populyar klubu seçilib. Muxbir.az xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn “Traktor” həlledici səsvermədə 51,14 faiz səs yığıb.AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.Qeyd …

Ardı »

Mxitaryanın Şuşada villası tapıldı – VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Şuşada “Roma” və Ermənistan millisinin futbolçusu Henrix Mxitaryana məxsus olan villa aşkarlayıb. Muxbir.az  xəbər verir ki, yayılan videogörüntüdə villanın Şuşanın ən səfalı guşəsində tikildiyi əks olunur. Bildirək ki, Mxitaryan Şuşa işğalda olan müddətdə villadan görüntülər paylaşırdı.

Ardı »

“PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib” – Neymar

Parisdə çox xoşbəxtəm. Komanda yoldaşlarımla belə bir klubda olduğum üçün çox şadam”.Muxbir.az xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Neymar Fransa mətbuatına açıqlamasında deyib. Paris klubundan ayrılacağı haqda xəbərlərə münasibət bildirən braziliyalı futbolçu hazırda belə bir fikirdə olmadığını qeyd edib: “PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib. Hazırda burda olduğum üçün şadam, …

Ardı »

FİFA ilin futbolçusu adına namizədləri açıqladı

FİFA ilin futbolçusu adına namizədləri açıqlayıb. Muxbir.az xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsi məlumat yayıb. “Barselona”dan Lionel Messi, “Yuventus”dan Kriştiano Ronaldo və “Bavariya”nın Robert Levandovski namizədlər arasında yer alıb.Qeyd edək ki, ilin futbolçusunu seçmək üçün onlay formatda keçiriləcək tədbir dekabrın 17-də keçiriləcək.(qol.az)

Ardı »

Prokuror: “Maradonanın ölümündə həkimlər günahkardır”

Buenos Ayresin San-İsidro bölgəsinin prokuroru əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın vəfatı ilə bağlı sərt ittihamlar səsləndirib. Muxbir.az-ın məlumata görə, prokuror Maradonanın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib. Onun sözlərinə görə, mərhum mütəxəssisin şəxsi həkimi Leopold Luke bunda məsuliyyət daşıyır: “Heç kim xəstəyə baxmayıb. Görünən odur ki, həkimlər günahkardır. Dieqoya lazımi köməyi …

Ardı »

Messi 2021-ci ildə PSJ-nin futbolçusu olacaq

Kataloniyanın “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi 2021-ci ildə “Pari Sen-Jermen” (PSJ) komandasının futbolçusu olacaq. Muxbir.az-ın məlumatına görə, 33 yaşlı cənubi amerikalı gələn yay Fransanın hazırkı çempionunun heyətini azad agent statusunda dolduracaq. Xatırladaq ki, 2017-ci ildən Paris klubunda Messinin keçmiş komanda yoldaşı, braziliyalı Neymar da çıxış edir.(report)

Ardı »

“Sumqayıt”ın 20 futbolçusunda koronavirus çıxdı

Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Sumqayıt” məşqləri dayandırıb. Muxbir.az futbolinfo.az-a istinadən xəbər verir ki, komanda üzvlərinin dünən verdiyi koronavirus testinin nəticəsi səbəbindən belə qərar qəbul edilib. Belə ki, heyətdəki futbolçulardan 18-nin, eyni zamanda 2 inzibati heyət işçisinin test nəticəsi pozitiv çıxıb.  Testi pozitiv çıxan futbolçular bunlardı: Mehdi Cənnətov, …

Ardı »

“Barselona” və Messi cərimələndi

İspaniya Futbol Federasiyası “Barselona”nı və komandanın kapitanı Lionel Messini cərimələyib. Muxbir.az xəbər verir ki, buna argentinalı hücumçunun La Liqanın 11-ci turunda “Osasuna” ilə matçda (4:0) Dieqo Maradonanın xatirəsini yad etmək üçün onun “Nyuells Old Boys” formasını geyinməsi səbəb olub. Messi intizam qaydalarının 91-ci maddəsini pozduğu üçün 600 avro cərimə ödəyəcək, “Barselona” …

Ardı »