İSTİ-İSTİ

Arxiv etiketləri:Əmanət

Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Muxbir.az xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur. Bu müddəa 2021-ci ilin 5 aprel …

Ardı »

Bağlanmış bankların əmanətçilərinə ödəniş davam edir

Dekabrın 16-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 7 əmanətçiyə 613,89 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Muxbir.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 16-dək ləğv prosesində olan “AG Bank” və …

Ardı »

Deputat: “Əmanətləri sığortalanmayanların banklara etibarı qalmayacaq”

Əmanətlərin yarısının sığortalanması gələcəkdə problemlərə səbəb olacaq. Muxbir.az-ın xəbərinə görə, bu barədə bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, əmanətləri sığortalanmayan əmanətçilərin banklara etibarı qalmayacaq. “Əmanətçi banklara güvənir və bu vəsaiti banka gətirir. Ancaq bu etibar olmasa, əmanətçilər vəsaiti çəkəcək və sandıqda saxlayacaq. Yenə də …

Ardı »

Əmanətlər üzrə kompensasiya məbləği dəyişir

Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir. Muxbir.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklikdə əksini tapıb. İclasda bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan …

Ardı »

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna mətbuat katibi təyin edilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) mətbuat katibi vəzifəsinə təyinat olub. Muxbir.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumata görə, sözügedən vəzifə Emil Bayramova həvalə edilib. O, bundan əvvəl Gənclər Fonduna məxsus “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin təlim-tədris üzrə baş mütəxəssis olub və yeni vəzifəsində Fuad Hüseynəliyevi əvəz edib.

Ardı »

Əmanətlərin tam sığortalanması müddəti daha 4 ay artırılır

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq. Muxbir.az-ın məlumatına görə, bununla bağlı hazırlanmış qanun layihəsi artıq Milli Məclisə daxil olub. Sənəddə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz …

Ardı »

“Əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır”

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq. Muxbir.az-ın məlumatına görə, bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək. Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır. Xatırladaq ki, …

Ardı »