İSTİ-İSTİ

Tərtər-Suqovuşan yolu bu tarixdə açılacaq

“Ermənilər ərazilərdən çıxarkən yolları, körpüləri dağıtmaqla yanaşı, əraziləri də minalayıblar. Məsələn, Suqovuşan ərazisinin demək olar ki, hər yeri minalanmışdı”. 

Muxbir.az xəbər verir ki, bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Xəzər TV-nin “Xəzər Səhər” proqramının qonağı olan A.Nəcəfli deyib ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) əraziləri minalardan və partlamamış sursatlardan təmizləyir və sonra yol çəkilişi aparılır: “Suqovuşana kimi ərazi hissə-hissə minalardan təmizlənir və biz də işimizi davam etdiririk. Hazırda Suqovuşana kimi 2-3 kilometr ərazi qalıb ki, minalardan təmizlənməyib. Həmin ərazi də təmizlənəndən sonra Tərtərədən Suqovuşana kimi rahat getmək mümkün olacaq. Həmin yol asfaltlanmaya hazırdır və planlaşdırmışıq ki, dekabrın 20-nə kimi hələlik bir lay asfalt vuraraq Suqovuşana kimi rahat gedə bilək”.

Haqqında muxbir.az

Bunlara da bax

Bu il AZAL-ın gəlirləri 3 dəfədən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 6,8 mln ABŞ dolları dəyərində xidmət ixrac edib. …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir