İSTİ-İSTİ

Son üç ildə əmək müqavilələrinin sayı 327 min artıb

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib. 

Əməl və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb. Onlardan 46%-i  (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.

Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib.

Əməkhaqlarında ardıcıl artım dinamikası nəticəsində isə qeyd edilən dövrdə əməkhaqqı fondunda 77 % artım (o cümlədən dövlət sektorunda 84%, özəl sektorda 70%) özünü göstərib.

Haqqında muxbir.az

Bunlara da bax

Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı”nın icrası davam edir.