İSTİ-İSTİ

“Samsung”un rəhbəri həbs edildi

Seul Ali Məhkəməsinin qərarına əsasən, “Samsung Electronics”in vitse-prezidenti, “Samsung Group”un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yon rüşvət verdiyinə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb.

Muxbir.az xəbər verir ki, o, məhkəmə salonunda nəzarətə alınıb.

Cənubi Koreya prokurorları Li Ce Yonun 2014-cü ildə konglomerata nəzarəti ələ keçirmək üçün qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edir. Bildirilib ki, o bu müddətdə bir sıra “Samsung” törəmə şirkətlərinin birləşməsi üçün dövlət dəstəyi müqabilində keçmiş prezident Pak Kın Henin yaxın dostuna 8.9 milyard von (təqribən 8 milyon dollar) rüşvət verib.

Qeyd edək ki, Cənubi Koreyanın keçmiş Prezidenti 2017-ci ildə rüşvət, vəzifədən sui-istifadə və konqlomeratlarla əlaqələrinə görə impiçment olunaraq vəzifəsindən kənralaşdırılmış və 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi. O zaman Li Ce Yon da 5 il həbs cəzasına məhkum edilmiş, lakin 2018-ci ilin fevralında məhkəmənin apellyasiya şikayətinə baxması ilə həbs cəzası şərti cəza ilə əvəz edilmişdi.

Haqqında muxbir.az

Bunlara da bax

Gürcüstanda karantin rejiminin müddəti uzadılıb

“Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər fevralın 1-dək qüvvədə saxlanılacaq”. Muxbir.az xəbər verir ki, …