
“Hesab edirdik ki, ağır ildi. Amma mənim üçün ən gözəl il oldu. 2020-ci il Azərbaycandan başqa heç bir yerə düşmədi. 30 illik həsrət bitdi. Qələbə ilimiz oldu”.
Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Onların səsi” proqramında deyib. Müğənni bildirib ki, qardaşlarına Ağdamda toy edəcək:
“Nəhayət gedib Ağdamı görəcəm. Ağdamı 1992-ci ildə bircə dəfə görmüşəm. Atam oradan 12 yaşında çıxıb. İki qardaşım var, əsgərlikdən qayıtdılar. Onlara bir İstanbulda, bir Bakıda, bir də Ağdamda toy edəcəm”.