İSTİ-İSTİ

Qarabağda yeni avtomobil yolları çəkiləcək

Göygöl rayonundan Kəlbəcər rayonuna yeni avtomobil yolu çəkiləcək.

Muxbir.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov bildirib.

“Bu yolun Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisuya qədər – 102 km olmasını nəzərdə tuturuq. Yol 3 zolaqdan ibarət olacaq ki, dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmasın. Hazırda həmin yolun layihəsi hazırlanır”, – o deyib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.

“Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur”, – H.Rüstəmov əlavə edib.

Haqqında muxbir.az

Bunlara da bax

Hotellərə xəbərdarlıq: Yeni il şənliyi qadağandır

Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik …