İSTİ-İSTİ

Prokuror: “Maradonanın ölümündə həkimlər günahkardır”

Buenos Ayresin San-İsidro bölgəsinin prokuroru əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın vəfatı ilə bağlı sərt ittihamlar səsləndirib.

Muxbir.az-ın məlumata görə, prokuror Maradonanın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib.

Onun sözlərinə görə, mərhum mütəxəssisin şəxsi həkimi Leopold Luke bunda məsuliyyət daşıyır: “Heç kim xəstəyə baxmayıb. Görünən odur ki, həkimlər günahkardır. Dieqoya lazımi köməyi etməyiblər. Xəstənin durumu diqqətlə izlənilməyib. Ona ürək xəstəliyi olan insanlar üçün lazım olan dərmanlar verilməyib. Şübhəsiz ki, hər şeyə onun həkimi baxır, tibbi yardımın göstərilməsini koordinasiya edirdi. Xəstə də ona kor-koranə inanıb”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində ürək çatışmazlığından vəfat edib.(apasport)

Haqqında muxbir.az

Bunlara da bax

Maradonanın muzeyi açılacaq

Ötən il noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın İtaliyanın Neapol şəhərində muzeyi açılacaq. …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir