
İstanbulun Etiler səmitində görüntülənən Aleyna Tilki jurnalistlərin suallarını cavablandırıb.
Muxbir.az bildirir ki, ifaçı bir müddət əvvəl koronavirusla bağlı verdiyi qalmaqallı açıqlaması haqqında danışıb. O, sağlam olduğunu lakin virusa qarşı olan dərmanları içdikdən sonra xəstələndiyini və peyvənd elətdirməyəcəyini deyib:
“Test cavablarına inamım yoxdu. İnsanları koronavirus deyil, dərmanlar öldürür. Mən bu işləri elə də anlamıram. Fikrimcə, bu vaxta qədər sınaqdan keçirilən nə varsa biz onu etməliyik”.(axsam.az)