İSTİ-İSTİ

Paşinyanın istefasını tələb edən 35 müxalifətçi saxlanılıb

Ermənistanın müxalifət qüvvələri Yerevanda baş naziri Nikol Paşinyanın istefasını tələb edərək növbəti etiraz aksiyasını keçiriblər.

Muxbir.az xəbər verir ki, 35 etirazçı saxlanılaraq polis bölməsinə aparılıb.

Bildirilib ki, aksiya zamanı etirazçılar Yerevanın mərkəzi prospektlərindən birini bağlamağa çalışsalar da, polisin müdaxiləsi nəticəsində qarşısı alınıb. Kütlənin bir hissəsi hökumət binasına doğru yürüş ediblər.

Qeyd edək ki, Yerevanda müxalifətin etiraz mitinqləri davam edir. Nümayişçilər Paşinyanın Dağlıq Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən onun istefasını tələb edirlər.(apa)

Haqqında muxbir

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir