İSTİ-İSTİ

Pandemiya Azərbaycanda avtomobilə olan marağı artırıb

Koronavirus pandemiyası səbəbindən ictimai nəqliyyatın hərəkətində tətbiq olunan məhdudiyyətlər Aərbaycanda avtomobilə marağı artırıb.

Muxbir.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, ümumiyyətlə Azərbaycanda avtomobilə həmişə maraq böyük olub:

“Koronavirus pandemiyası avtomobilə marağı bir qədər də artırmış oldu, çünki karantin rejiminin tətbiq olunmasından sonra ictimai nəqliyyatın hərəkətində yaranmış məhdudiyyət səbəbilə insanların da bir çoxunun hərəkətlərində məhdudiyyətlər yarandı.

Bu səbəbdən də insanların əksəriyyəti düşünür ki, bu prosesdə həm iş həm şəxsi həyatını tənzimləmək üçün avtomobilə daha çox ehtiyacları var. Ona görə də bu proses avtomobilə marağı xeyli artırmış olur. Ancaq qiymətlərdə o qədər də artım olmayıb. Çünki avtomobil bazarında qiymətlər onsuz da yüksək idi və bu qiymət bazar üçün kifayət idi. Bu səbəbdən indiki halda tələbin artımı prosesində də əhəmiyyətli qiymət artımı müşahidə etmirik”.

Haqqında muxbir.az

Bunlara da bax

Bu il AZAL-ın gəlirləri 3 dəfədən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 6,8 mln ABŞ dolları dəyərində xidmət ixrac edib. …