İSTİ-İSTİ

“Övladınıza sizsiz yaşamağı öyrədin” – Günay

“O qədər ağır, əziyyətli və darıxdırıcıdır ki, sözlə ifadəsi mümkün deyil. Mənim üçün gecə ilə gündüz birləşib deyə bilərəm. Şam işığı ilə çölün işığı birləşsə də, içimi aydınlatmağa gücü yetmir. İçimdə gecənin ən qara, ən amansız zamanı hökm sürür. Nə zamana qədər sürəcək bilmirəm. Bildiyim bir tək şey var ki, yaşamalıyam. Çünki Allahıb verdiyi canı yalnız o ala bilər. Bu dünyanın təməli belə qoyulub və qurulub. Bu acını yaşayan ilk insan deyiləm, yəqin ki, sonuncu da olmayacam”.

Muxbir.az xəbər verir ki, bu sözləri aparıcı Günay Firudinqızı sosial şəbəkədə yazıb. Bir neçə gün əvvəl anasını itirən Günay hisslərini izləyiciləri ilə bölüşüb:

“Bu yolu bacardığım qədər yürüyüb, mənə təyin olunan dayanacağa çatmalıyam. Bu günlər mənə çox şey öyrətdi. Dostu, düşməni tanıtdı…. Həyat kitabıma yazdıqlarım və sildiklərim adlar oldu. Anam çox xeyirxah qadın idi. Çox adlara kömək etmişdi. Ona görə də günlər keçsə də, tanımadığımız insanların ağlamaq səsləri hələ də qulağımda və gözümün önündə təzələnir.

Anam ona verilən ömrü yalnız balalarına həsr etdi. Bizsiz 1 tikə yemədi. Bizsiz nəfəs almadı. Anam bizimlə yaşadı ömrünü. Və son gününə qədər bizdən ayrılmaq istəmədi. Fələk ayırdı bizi…

Amma bir də dünyaya gəlsəydim, ilk olaraq valideynsiz yaşamağı öyrənərdim. Ailəmə bu qədər bağlı olmazdım, anamla nəfəs almazdım. Xarici ailələr kimi siz yolunuza, biz yolumuza deyərdim. Bax o zaman yasamaq daha asan olardı. Öyrəndim ki, əgər övladlarınızın sizdən sonra əziyyət çəkməsini istəmirsinizsə, o zaman onlara sizsiz yaşamağı öyrədin”.(axsam.az)

Haqqında muxbir.az

Bunlara da bax

QHT və Azərbaycan Film Akademiyası birgə eşitmə məhdudiyyətli şəxslərlə film çəklişlərinə hazırlaşır

Azərbaycan Film Akademiyasının təşkil etdiyi kastinqdə “Səssiz Dünya” İctimai Birliyinin bir neçə üzvləri öz aktyorluq …