İSTİ-İSTİ

“Oruc tutanda deyirdi ki, mənə adi ölüm arzulama” – Şəhidin xanımı

“Qarabağ sədası” proqramı şəhid Pərviz Məmmədovun ailəsi ilə reportaj hazırlayıb.

Muxbir.az xəbər verir ki, əslən Ağcabədidən olan şəhid Xocavənd istiqamətində gedən döyüşlərdə həlak olub.

P.Məmmədovun atası Ələddin Məmmədov “İlk övladım idi. Qafqaz Universitetinə qəbul olmuşdu, getmədi. Öz istəyi ilə hərbiyə yollandı. Göz yaşları müvəqqətidir. Biz də bu müharibəni çoxdan istəyirdik” sözlərini söyləyib.

Şəhidin anası Zemfira Məmmədova “Ona əziz, şirin balam deyirdim. O dünyaya gedənə qədər Pərvizi çiynimdə, ürəyimdə daşıyacam” sözlərini əlavə edib.

Xanımı Arzu Məmmədova isə həyat yoldaşı ilə son danışıqlarını göz yaşı ilə xatırlayıb:

“Sonuncu danışığımız öldüyü gün saat 12-də oldu. Zəng etdim, başa düşmədim vəsiyyət edir. Dedi, mənimlə qürur duyacaqsınız. Dedi ki, pis olma. Bilirsən ki, uşaqlıqdan hərbi həyat arzulamışam. İnanmazdım… Hər dəfə oruc tutanda qabağına yemək qoyurdum. Deyirdi, xahiş edirəm, mənə adi ölüm arzulama. İnanıram ki, məni görür. Çünki yuxularıma gəlir”.

Şəhidin oğlu Tuncay Məmmədov isə atasını yuxularında görməyi xəyal edir:

“Atamla qürur duyuram. Onun üçün çox darıxıram, onu istəyirəm. Atamın yerini boş qoymaq istəmirəm, heç kim onun yerinə keçməsin. Tez böyüyüb, onun yerinə keçəcəm. Hər yatanda istəyirəm ki, atam yuxuma gəlsin, onu qucaqlayım. Mənə yaxşı ata olub”.

Haqqında muxbir.az

Bunlara da bax

Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir