İSTİ-İSTİ

Oğuzda mikroavtobus aşıb: yaralılar var

Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

Muxbir.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır.

Haqqında muxbir.az

Bunlara da bax

Keyfiyyətsiz kürüləri qablaşdıraraq satan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə …