İSTİ-İSTİ

Murov zirvəsini düşməndən azad edən kapitan – Video

Vətən müharibəsində qəhrəmancasına şücaət göstərən igidlərimizdən biri də şəhid kapitan Həmidağa Hüseynzadədir.

Muxbir.az xəbər verir ki, o, 2016-ci il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Həmidağanın bu şücaətinə ən yüksək dəyər isə Ali Baş Komandan İlham Əliyev tərəfindən verilib. Medalla təltif edilən Həmidağa həmin gündən öz dəstəsinin kapitanı olub.

Xüsusi təyinatlımız olan Həmidağa Hüseynzadə adını Vətən müharibəsi səhifələrinə də qızıl hərflərlə yazdırmağı bacarıb. O, öz dəstəsi ilə Murov dağ silsiləsi istiqamətində düşmənin “Canavar qulağı” adlı 2 postunu ələ keçirib. Ermənilərin xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız həmin ərazidə düşdükləri mühasirəni də yarmağı bacarıb. Düşmənin snayperdən açdığı atəşə tuş gələn kapitanımız döyüş yoldaşının qollarında şəhadətə yüksəlib.

Haqqında muxbir.az

Bunlara da bax

COVID-19-u yüngül keçirənlərin müalicəyə ehtiyacı yoxdur

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev və …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir