İSTİ-İSTİ

Möhkəm yuxu üçün lazım olan əsas məhsullar açıqlandı

Rusiyanın tanınmış eksperti, psixologiya elmlər namizədi, dosent Aleksey Melexin hansı məhsulların möhkəm yuxuya imkan yaratmasından danışıb.

Muxbir.az xəbər verir ki, mütəxəssis yuxudan bir-iki saat əvvəl qida qəbulundan imtina etməyi, yaxud karbohidratlarsız və kofeinsiz məhsullara üstünlük verməyi məsləhət görüb.

O, izah edib ki, qidanın qəbulu yalnız həzm prosesi işi deyil, bu, həm də əsəb sistemi ilə əlaqədardır. Buna görə, əgər axşam yemək istəsəniz, bunlar qeyri-stimullaşdırıcı effektə malik məhsullar olmalıdır.

Melexinin sözlərinə görə, qida bir çox insanlara sakitləşdirici effekt göstərir. Triptofan tərkibli qida xüsusən yuxusuzluqdan əziyyət çəkənlərdə yuxunu sakitləşdirir və yaxşılaşdırır. Belə məhsullara fındıq, banan, pendir, paxla, mal əti, hinduşka və qoyun əti daxildir.

Haqqında muxbir.az

Bunlara da bax

“Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur” – Akif Qurbanov

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı …