İSTİ-İSTİ

Millət vəkili: “Bank sektorundakı vəziyyət bütün insanları narahat edir”

“Bu gün bank sektorundakı vəziyyət bütün insanları narahat edir”.

Muxbir.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, xaricdəki vəsaitlərin bir hissəsinin ölkəyə gətirilməsinin manatın kursuna təsir edə biləcəyini deyirlər: “Bəs ölkəyə investisiya qoymadan inkişafa necə nail olunacaq? Bunun özü göstərir ki, bizdə ciddi anormallıq var. Banklarda faizlər yuxarı olduğuna görə bu gün banklarda 7 milyard sərbəst vəsait qalıb. Ona görə də 10 milyonluq Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır. Ona görə mən deyirdim ki, dövlət müəssisələri gətirib pulunu yerli banklarda saxlasın. Bu baş vermədiyi, banklara etimad olmadığı üçün bir çox insan vəsaitlini banka qoymur. Sahibkar təfəkkürü fərqli təfəkkürdür. Bizdə Sahibkarlara Yardım Fondu çərçivəsində sahibkarlara müəyyən vəsait verilir. Amma bu, kiçik məbləğdir. Bunu banklarla sahibkarların arasına buraxmaq lazımdır. Sahibkarlar Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etməlidir. Bu dövlətin, xalqın pullarıdır”.(apa)

Haqqında muxbir.az

Bunlara da bax

Pandemiya Azərbaycanda avtomobilə olan marağı artırıb

Koronavirus pandemiyası səbəbindən ictimai nəqliyyatın hərəkətində tətbiq olunan məhdudiyyətlər Aərbaycanda avtomobilə marağı artırıb. Muxbir.az xəbər …